ÜST Azərbaycanda COVID-19-la bağlı vəziyyəti qiymətləndirəcək

COVID-19-a qarşı mübarizə tədbirlərini dəstəkləmək üçün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Ofisinin missiyası ölkəmizə səfər edib.

ÜST-nin Azərbaycandakı nümayəndəliyindən  verilən məlumata görə, missiyanın məqsədi ölkədə mövcud vəziyyətin qiymətləndirilməsi və müvafiq tövsiyələrin verilməsidir.

Missiya çərçivəsində Səhiyyə naziri Oqtay Şirəliyevlə və nazirliyin digər rəsmi nümayəndələri ilə görüş keçirilib.

 
örüşdə Azərbaycanda cari vəziyyət və COVID-19 pandemiyasına qarşı görülən tədbirlər müzakirə edilib.