Tanınmış hüquqşünas ABŞ səfirliyi önündə etiraz aksiyadı keçirmək istəyir - Merə müraciət olunub

Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova rəsmi məktubla müraciət edib.

Avrasiya.net xəbər verir ki, hüquqşünas ötən gün ABŞ-ın Los-Anceles şəhərində azərbaycanlılara qarşı törədilən zorakılıq hallarına etiraz olaraq ABŞ-ın Bakıdakı səfirliyi qarşısında piket keçirmək üçün icazə verilməsini istəyib.

Müraciətdə qeyd edilib ki, piketin 27 iyul 2020-ci il tarixdə saat 15.00-da ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında 100 nəfərin iştirakı ilə keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, aksiyanın tələbi Los-Ancelesdə ermənilərin azərbaycanlılara qarşı vandal aktları və hücumları nəticəsində yaralanan azərbaycanlıların hüquqlarının qorunması və cinayətkarların cəzalandırılmasıdır.