Azərbaycan Xarici İşlər Naziri Moskvaya işgüzar səfər edəcək

Oktyabrın 8-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Cenevrədə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüşdə münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Həmçinin qeyd olunub ki, Rusiya tərəfinin təşəbbüsü ilə əlaqədar nazir Ceyhun Bayramov bu gün Moskvaya işgüzar səfər edəcək.