Azərbaycan XİN və Müdafiə Nazirliyi Rusiya tərəfinə başsağlığı verib

Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Xələf Xələfov və Azərbaycan Respublikasının Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinə gedərək, 9 noyabr 2020-ci il tarixində Ermənistan-Azərbaycan sərhədi yaxınlığında Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopterinin vurulması ilə bağlı yaşanan faciəvi hadisə ilə bağlı başsağlığı bildiriblər.

Bu barədə  Xarici İşlər Nazirliyindən məlumat verilib.