Müharibə bitib, məğlubiyyətlə barışmaq lazımdır - Ter-Petrosyan

Rusiya-Ermənistan-Azərbaycan üçtərəfli bəyanatını reallıq kimi qəbul etmək və müharibənin bitməsi ilə barışmaq lazımdır, artıq qurbanlar olmayacaq.

Strategiya.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, bu barədə ölkənin sabiq prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresinin bəyanatında deyilir.


Bəyanatda qeyd olunur ki, razılaşmanın icrası və Qarabağ məsələsinin yekun həlli yaxın gələcəyin işidir və Ermənistan buna ciddi şəkildə hazır olmalıdır: "İndi çalışmaq lazımdır ki, ölkədə vətəndaş müharibəsinin qarşısı alınsın".