Düşməndən qənimət kimi götürülən texnikalar Bakıya daşınır - VİDEO

Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsi zamanı düşməndən hərbi qənimət kimi götürdüyü döyüş texnikaları dəmir yolu vasitəsi ilə Bakıya gətirilir.


Bu barədə sosial şəbəkələrdə videogörüntü yayılıb.


Yaxın günlərdə həmin texnikaların Azadlıq meydanında nümayiş etdiriləcəyi bildirilir.