Vladimir Putin: Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir

Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın ayrılmaz tərkib hissəsidir.

Bunu Rusiya Prezidenti Vladimir Putin "Rossiya 1" telekanalına müsahibəsində deyib.

V.Putin Ermənistanın belə qondarma “Dağlıq Qarabağ”ın müstəqilliyini və suverenliyini tanımadığını xatırladıb: “Bu, o deməkdir ki, beynəlxalq hüquqa əsasən, Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir”.