Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır - Fransa səfiri

Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır.

Bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross "Twitter" hesabında yazıb.

Səfir bildirib ki, indiyə kimi bir şey hamıya çox aydın olmalıdır: "Fransa hökuməti öz Parlamentinin müstəqilliyini tanıyır. Lakin Qarabağın müstəqilliyini tanımır".