Türkiyə və Fransa prezidentləri arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Liderlər beş aylıq fasilədən sonra Türkiyə-Fransa münasibətlərini, mövcud problemləri müzakirə ediblər. Bildirilir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə-Fransa əməkdaşlığının çox ciddi potensiala malik olduğunu dilə gətirib.