Koronavirusa yoluxanların sayı 600-ü keçdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 608 yeni yoluxma faktı qeydə alınıb, 128 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 238 383 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 230 244 nəfər müalicə olunaraq sağalıb, 3 262 nəfər vəfat edib, aktiv xəstə sayı 4 877 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 503, ötən müddət ərzində isə ümumilikdə 2 682 116 test aparılıb.