Baş Prokurorluq ehtiyatda olan general-leytanant Rövşən Əkbərovun həbs edilməsini təsdiqləyib

Baş Prokurorluq ehtiyatda olan general-leytanant Rövşən Əkbərovun həbs edilməsi bağlı xəbərə münasibət bildirib.

Qurumun mətbuat xidmətindən bildirilib ki, R.Əkbərovun həbs edilməsi ilə bağlı yayılan xəbərlər doğrudur.

Qeyd olunub ki, ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.

Rövşən Əkbərov Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə həbs edilib.

Xatırladaq ki, mətbuatda R.Əkbərovun həbs edilməsi və barəsində məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məlumatlar yayılıb.