Dünyada son sutkada koronavirusa 520 minə yaxın yeni yoluxma faktı qeydə alınıb

Dünyada son sutkada koronavirusa 517 mindən çox yeni yoluxma faktı qeydə alınıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 517 585 nəfər yeni koronavirusa yoluxub, 9 264 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 132 046 206, ölənlərin isə 2 867 242 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.