Dövlət Vergi Xidmətininə rəis təyin olundu - SƏRƏNCAM

Prezident İlham Əliyev O.F.Nəzərlinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Orxan Faiq oğlu Nəzərli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi təyin edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin digər sərəncamı ilə Orxan Faiq oğlu Nəzərli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsindən azad edilib.