İşğaldan azad olunan torpaqlarımızda ETSN-in xüsusi mühafizə olunan ərazilərinə də ciddi ziyan dəyib

İşğaldan azad olunan torpaqlarımızda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) xüsusi mühafizə olunan ərazilərinə də ciddi ziyan dəyib.

Bunu Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsi barədə danışarkən deyib.

 
Onun sözlərinə görə, həmin ərazidə yerləşən Bəsitçayın ərazisi 107 hektardır, onun 100 hektarı meşə çinarlarının qorunması üçün salınıb: "Təəssüf ki, onun 40 hektara yaxını məhv edilib. Vurulan ziyanlar hesablanır, Bəsitçayla bağlı monitorinq işləri aparılır. Aidiyyəti qurumlar şərait yaratdıqca monitorinqlər davam etdirilir".//Trend