Müdafiə Nazirliyi Kəlbəcər istiqamətində sərhəddə atəşkəsin pozulması xəbərini təkzib edib

Azərbaycan Müdafiə Nazirliyi Kəlbəcər rayonu istiqamətindəki sərhəddə baş verən atışma barədə Ermənistan mətbuatının yaydığı xəbəri təkzib edib.

 Nazirliyin Mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı Trend-ə bildirib ki, hazırda sərhəddə vəziyyət sakitdir: " Atəşkəsin pozulması halı qeydə alınmayıb. Ermənistan Müdafiə Nazirliyinin yaydığı xəbər bir daha bölgədəki vəziyyəti gərginləşdirməyə yönəlmiş bir təxribatdır".