Madrid NATO-nun tarixi sammitinə ev sahibliyi edəcək

İspaniyanın NATO-ya qəbul olmasının 40-cı ildönümü ərəfəsində - iyunun 29-30-da Madriddə Şimali Atlantika Alyansının tarixi sammiti keçiriləcək.

 Madrid tarixdə ikinci dəfə NATO sammitinə ev sahibliyi edəcək.

Sammitdə 30 müttəfiq ölkənin dövlət və hökumət başçıları, eləcə də Alyansın digər əsas tərəfdaşları bir araya gələcəklər.