Türkiyədə təhlükəli terrorçu ələ keçirilib, biri isə məhv edilib

Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olan MLKP terror təşkilatının üzvü “Dəniz” ləqəbli Ümit Emrah Köse yaxlanıb.

Terrorçunun ələ keçirilməsi üçün 1,5 milyon (təxminən 250 min ABŞ dolları) lirə dəyərində pul mükafatı ayrılmışdı. Terrorçu Mersində polis əməkdaşları tərəfindən şübhəli qismində saxlanılaraq həbs edilib.

Digər bir məlumata görə isə ölkənin Elazığ bölgəsində həyata keçirilən antiterror əməliyyatlarında zərərsizləşdirilən iki terrorçudan biri “Sorej Tatvan” ləqəbli Ferhat Akgün olub. PKK üzvü olan həmin terrorçunun tutulması üçün 300 min lirə (50 min dollar) məbləğində pul mükafatı nəzərdə tutulmuşdu.

Sabir Şahtaxtı