İmtahanda ən yüksək nəticə göstərənlər - VİDEO

11-ci sinif şagirdləri üçün 2019-cu il aprelin 21-də keçirilmiş buraxılış imtahanının (qəbul imtahanının birinci mərhələsinin) nəticələri elan olunub.

İmtahanda 2 şagird (Qax rayonu, 2 saylı şəhər tam orta məktəbin və Masallı rayonu, 4 saylı Digah tam orta məktəbin məzunları) onlara təqdim olunmuş bütün tapşırıqlara düzgün cavab verib və maksimum nəticə - 300 bal toplayıb.

 

Masallı rayonu, 4 saylı Digah tam orta məktəbin məzunu Şəhriyar Səmədov dəfələrlə olimpiadalarda yüksək nəticə göstərib. O, buraxılış imtahanlarına xüsusi bölgü ilə hazırlaşıb.

 

Şəhriyarın atası Azərbaycan dili-ədəbiyyatı müəllimi olan Şahin Səmədov Respublika günündə belə bir xəbər almağın onun üçün ikiqat sevinc olduğunu bildirib.

 

Şəhriyar kimi maksimum bal yığan daha bir şagird isə Qaxdan olan Murad Şərifzadədir. Murad imtahanda hamısını düzgün cavablandırdığı açıq tipli sualların şagirdlərin məntiqi təfəkkürünün inkişafına müsbət təsir etdiyini deyir.

 

 

Qeyd edək ki, şagirdlər DİM-in internet saytına daxil olaraq imtahan nəticələri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.