Zelenski: “Ukrayna Aİ və NATO-ya inteqrasiya siyasətini davam etdirəcək”

"Ukrayna Avropa İttifaqı və NATO-ya inteqrasıya siyasətini davam etdirəcək”.


Bunu İsveçin xarici işlər naziri Marqot Valstrom və Polşa'>Polşanın xarici işlər naziri Yaçek Çaputoviçlə görüş zamanı Ukrayna Prezidenti Vladimir Zelenski deyib.


V.Zelenski suverenliyin və ərazi bütövlüyünün qorunmasına və Ukraynalı əsirlərin azad edilməsində Ukraynaya göstərdiyi dəstəyə görə Polşa'>Polşaİsveçə minnətdarlığını bildirib. Prezident həmçinin vurğulayıb ki, korrupsiya, yoxsulluq və iqtisadi durğunluqla mübarizə Ukrayna üçün ikinci cəbhədir: "Hər iki cəbhədə uğur qazanmaqla, Ukraynalılar arzuladıqları və layiq olduqları dövləti qura biləcəklər”.


V.Zelenskinin sözlərinə görə, Ukrayna üçün son illərin müsbət nailiyyətlərini qoruyub saxlamaq və Assosiasiyaya dair sazişi və digər sistem dəyişikliklərini sürətləndirmək çox önəmlidir.