Görkəmli paleontoloq alim

Ağamahmud Səmədov,

Geoloq

Azərbaycanın məşhur alim-geoloqlarından biri, Milli Elmlər Akademiyasının müxbir üzvü, geologiya-mineralogiya elmləri doktoru, professor, Azərbaycan Paleontologiya Cəmiyyətinin Prezidenti Tofiq Abdulla oğlu Həsənov artıq neçə il- lərdir ki, aramızda yoxdur. Lakin, vaxt ötdükcə bu görkəmli alimin, səmimi və təvazökar insanın unudulmaz xatirəsi zamanın şəffaf dumanı içərisindən daha aydın görünməyə başlayır və onu sevənlərin, yaxından tanıyanların, ünsiyyətdə olduğu insanların qəlbindəki yeri zaman-zaman böyüyür. Tofiq müəllimin fiziki yoxluğunu dərk etmək olduqca çətindir. Lakin, təsəlli odur ki, bu böyük insanın gördüyü mühüm işlər, zəngin elmi irsi göz qabağındadır və uzun illər boyu gərəkli olacaqdır.

Bizim ilk tanışlığımız ötən əsrin 70-ci illərinin ortalarına təsadüf edir.

Qazaxıstan Respublikasında təyinatla işlədik- dən sonra yenicə Azərbaycana qayıtmışdım və məni məşhur Filizçay kolçedan-polimetal yatağına göndərmişdilər. O zaman keçmiş SSRİ-nin çox böyük ehtiyatlara malik kolçedan-polimetal yataqlarından biri olan Filizçayda geoloji-kəşfiy- yat işlərinin tamamlanma mərhələsi idi. Bu ya- taqda uzun illər boyu kəşfiyyat işlərinin aparıl- masına baxmayaraq hələ də çözülməsinə kəskin ehtiyac duyulan bir sıra mübahisəli elmi prob- lemlər öz həllini gözləyirdi. Bunlardan ən vacib- ləri filizsaxlayan qatın və ətraf süxurların geoloji yaşının təyinatı və yatağın genezisinin (əmələ gəlməsinin) müəyyənləşdirilməsi idi...

O zamanlar bir qayda olaraq adətən yay aylarında Filizçaya Bakıdan, Moskvadan, Tiflisdən və keçmiş SSRİ-nin digər yerlərindən tədqiqatçı alimlər gələrdi. Elə həmin ərəfələrdə Tofiq müəl- lim də öz əməkdaşları ilə Filizçaya gəldi və az bir müddətdən sonra aramızda mehriban münasibət yarandı.

70-80-ci illərdə biz birlikdə bir çox geoloji marş- rutlarda-səfərlərdə olmuşuq. İş fəaliyyətim dövründə mənə bir çox geoloqlarla çalışmaq, əməkdaşlıq etmək nəsib olmuşdur. Onların içərisində adlı-sanlı, yüksək titullular da az olmamışdır. Eti- raf edirəm ki, onlardan heç biri sadəlikdə, səmimiyyətdə və müşahidəçilikdə Tofiq müəllimə çat- mamışdı. Tofiq müəllimlə səfərə çıxmaq necə də maraqlı və xoş idi! Geniş elmi zəkası və yüksək erudisiyası vardı bu insanın! Bildiyini öyrətmə- yi əsirgəməzdi, zəhmətkeş, etibarlı və qayğıkeş yoldaş idi.

Böyük İsveç alimi Karl Linney yazırdı: “Təbiətşünaslıqda həqiqətin əsası müşahidələrlə təsdiq olunmalıdır”. T.Həsənovun müşahidəçiliyi ayrıca söhbət mövzusu ola bilərdi. Məhz bu xüsusiyyə- ti və titanik zəhməti sayəsində bir çox alimləri uzun illər boyu düşündürən yuxarıda adını çək- diyimiz problemlərin həllinə məhz Tofiq müəllim açar tapa bildi. Yəni Filizçayda yayılan filiz daşıyıcı süxurların və filizləşmənin dəqiq yaşını ilk dəfə o təyin etdi.

Adətən hər hansı bir faydalı qazıntı yatağını öy- rənən geoloq süxurları tədqiq etməklə ərazinin geoloji keçmişini bərpa etməli olur. Bu zaman o müxtəlif miqyaslı və çeşidli hadisələrlə rastlaşır və Geoloji Zaman problemi ilə üzləşməli olur. Həmin hadisələrin hansı dövrdə baş verdiyini ərazinin inkişaf tarixini bilməklə təyin etmək, canlandırmaq olar. Beləliklə, Filizçay yatağının yaranma tarixi barədə Tofiq müəllimin fikirləri el- mi cəhətdən daha əsaslandırılmış olduğuna görə alimlər tərəfindən yekdilliklə qəbul edilmişdi.

Görkəmli alim T.Həsənovun həyat yolu və elmi yaradıcılığı barədə tanınmış alimlər tərəfindən dəfələrlə yazılar verilməsi səbəbindən biz bu bö- yük insan və görkəmli alimin çox insanlara örnək ola biləcək həyat yoluna qısaca ekskursiya et- mək və bəzi məqamlar, xüsusən Böyük Qafqazın cənub yamacları ilə bağlı məsələlər üzərində da- yanmaq istərdik...

O, 1921- ci ildə Bakı şəhərində, ziyalı ailəsində dünyaya göz açmışdı. 1937-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil ol-

sa da geologiyaya, təbiətşünaslığa olan tükən- məz sevgisi 1938-ci ildən təhsilini Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültə- sində davam etdirməsinə səbəb oldu.

1941-ci ildə Böyük Vətən müharibəsinin baş- lanması ilə əlaqədar olaraq, o təhsilini davam etdirə bilmədi.

1948-ci ildə ali təhsilini bitirərək dağ-mühəndi- si-geoloq ixtisası almışdır.

O, 1948-1951-ci illərdə Azərbaycan Neft Kəş- fiyyatı Birliyinin geoloji- axtarış trestinin kəş- fiyyat dəstələrində geoloq, baş geoloq və dəstə rəisi vəzifələrində çalışmışdır.

Sonra o, Azərbaycan EA Geologiya İnstitutu- nun aspiranturasına qəbul olunur və 1957- ci ildə müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə edir.

Tofiq müəllimin elmi fəaliyyətinin əsas istiqa- mətini Yura çöküntülərinin paleontologiya və stratiqrafiyası ilə bağlı tədqiqatlar müəyyən et- mişdir.

Onun 1967-ci ildə müdafiə etdiyi “Kiçik Qafqa- zın şərq hissəsinin Yura çöküntüləri” adlı doktor- luq dissertasiyası buna sübutdur.

Ümumiyyətlə, planetimizin tarixində Yura döv- rü ən maraqlı dövrlərdən hesab olunur. Həmin dövrdə bitki aləmində ekoloji və iqlim cəhətcə müəyyən differensiasiya prosesləri baş verir. Bu dövr həm də dünyanın digər yerlərində dino- zavrların geniş yayıldığı dövr idi. Azərbaycanın əraziləri o dövrdə dənizlə örtülü idi. Təxminən

150 milyon il əvvəl, Yura dövrü zamanı Tetis dənizində böyük qalınlıqlı terrigen çöküntülərin toplanması və sualtı vulkan püskürmələri baş verirdi. Azərbaycanın bir sıra strateji faydalı qa- zıntı yataqları məhz həmin dövrdə yaranmışdı.

T. Həsənovun rəhbərliyi ilə Azərbaycanın Yura çöküntülərinin müxtəlif sxemləri tərtib edilmiş, 90-cı illərdə isə Azərbaycanın təkmilləşdirilmiş regional stratiqrafik sxemi hazırlanmışdı. Azərbaycanda geologiya elminin populyarlaş- dırılmasında Tofiq müəllimin xüsusi xidmətləri olmuşdu. Belə ki, o respublika “Bilik” cəmiyyəti- nin xətti ilə Azərbaycanın müxtəlif rayonlarında və həmçinin məktəblilər arasında geologiyaya həsr olunmuş mühazirələr oxuyardı. Elmi-küt- ləvi məcmuələrdə onun tez-tez məqalələri çap olunardı.

Ərazisində bir sıra zəngin faydalı qazıntı yataq- ları yerləşən Balakən rayonundakı məktəblərdə və Filizçay qəsəbəsində dinləyicilər qarşısında onun necə maraqlı, cəlbedici mühazirələr oxu- duğunun şahidi olmuşuq.

Ötən əsrin 70-ci illərindən başlayaraq Tofiq mü- əllim tərəfindən aparılan tədqiqatlarda Böyük


Qafqazın cənub yamacları əsas yer tuturdu. Tofiq müəllimin 1980-1982-ci illərdə Böyük Qafqazda apardığı tədqiqatların mühümü Filiz- çay kolçedan-polimetal yatağının geoloji yaşını müəyyənləşdirmək idi. Bilavasitə filiz yerləşən qatlarda aparılan makro-mikropaleontoloji və palenoloji analizlərin nəticəsi tədqiqatçıya əsas verdi ki, Filizçay yatağında Gec və Erkən Plins- bax yaşlı lay dəstələri ayırsın.

T.Həsənov həmçinin dünya okeanlarında apa- rılan elmi tədqiqatların iştirakçısıdır. O, 1979- 1980-ci illərdə Saxalin kompleks elmi-tədqiqat institutunun proqramı ilə Sakit okean və ada- larda aparılan kompleks tədqiqatlarda iştirak et- məyə cəlb olunmuşdu.

1982-ci ildə Azərbaycan EA “Elm” elmi tədqi- qat gəmisində Amur çayı hövzəsində, Yapon və Şərqi-Çin dənizlərində Hind okeanında, Şri-Lan- kada, Sinqapur və Xabarovsk şəhərləri ətrafında elmi-tədqiqat işləri aparmışdı.

T.Həsənov gənc geoloq kadrların hazırlanma- sına da böyük əmək sərf etmişdir. Müxtəlif dövr- lərdə o, keçmiş Azərbaycan Dövlət Univeriste- tinin “Paleontologiya”, əvvəlki Azərbaycan Neft- Kimya İnstitutunda “Ümumi, tarixi geologiya və hidrogeologiya” kafedrasında paleontologiya, tarixi və SSRİ geologiyası fənlərindən mühazi- rələr oxumuşdur.

Azərbaycan EA Geologiya İnstitutunun “Mezo- zoyun regional stratiqrafiyası” laboratoriyasında çalışdığı müddətdə yüksək səviyyəli alimlərin hazırlanmasında böyük əməyi olmuşdur.

T.A.Həsənov Azərbaycanda 1956-cı ildə təsis olan ilk Paleontologiya Cəmiyyətinin yaradıcıla- rından biri olmuşdur. O, Azərbaycan Paleonto- logiya Cəmiyyəti yaranandan onun elmi katibi, 1990-cı ildən isə ömrünün sonunadək Prezidenti olmuşdur.

Tofiq müəllim respublika və xarici ölkə elmi nəşrlərində çap edilmiş 8 monoqrafiyanın, 100- ə yaxın məqalənin, 25 elmi-tədqiqat işləri-hesa- batlarının müəllifi olmuşdur.

Azərbaycan geoloji elminə əvəzsiz töhfələr vermiş, görkəmli alim, fədakar insan T.Həsənovun elmi irsi hələ uzun illər öyrəniləcəkdir.

Mənbə: Yer və İnsan jurnalı. Nömrə 1 (1) 2013