AKADEMİK M.T.ABASOVUN NEFT GEOLOGİYASI SAHƏSİNDƏKİ XİDMƏTLƏRİNƏ BİR BAXIŞ
İsmayıl Qasımov
Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı Midhəd Teymur oğlu Abasov neft və qaz yataq- larının işlənilməsinin nəzəriyyə və praktikası sahəsində elmi məktəbin yaradıcısıdır.
Böyük alimin rəhbərliyi altında neft və qaz yataqlarının işlənilməsinin yeni üsulları tək- lif olunmuş, onların layihələndirilməsinin əsas prinsipləri inkişaf etdirilmiş, qaz-kondensat və qaz-kondensat-neft yataqlarının işlənilməsinin nəzəri əsasları və üsulları yaradılmışdır. İlk dəfə olaraq qaz-kondensat qarışığının süzülməsinin binar modeli tənlikləri alınmış və belə yataqların işlənilməsinin hidrodinamiki üsulları yaradılmış- dır. Çökmüş kondensatın “quru” qazla buxar- landırılmasına məsaməli mühitin təsiri müəyyən olunmuşdur.
Akademikin başçılığı altında neft və qaz yataq- larının, o cümlədən ilk dəfə olaraq çoxlaylı ya- taqların istismarı zamanı işlənilməsinin texnoloji göstəriciləri təyin edilmişdir. Layların süzülmə- tutum və həndəsi parametrlərini təyin etməyə imkan verən yeni yüksəkeffektivli hidrodinami- ki tədqiqat üsulları yaradılmış, kolektor süxur- larının süzülmə-tutum parametrləri və mexaniki xassələri öyrənilmişdir.
Neft veriminin artırılması və intensivləşdirilmə- si üsullarının təkmilləşdirilməsi və yeni üsulların işlənilməsi sahəsində Midhəd Abasovun böyük rolu olmuşdur. Onun rəhbərliyi ilə neft və su- ya görə faza keçiriciliyinə temperaturun təsiri ilk dəfə eksperimental yolla tədqiq olunmuş, neft və qaz yataqlarının işlənilməsinin yetkin mərhə- ləsində effektivliyi artırmaq üçün yeni yanaş- malar təklif edilmiş, Azərbaycanda yeni pers- pektivli neft-qaz yataqlarının aşkar edilməsinin elmi istiqamətləri əsaslandırılmışdır.
Midhəd müəllim informasiyanın qeyri-müəy- yənliyi, risk, çoxvariantlılıq və çoxmeyarlılıq şə- raitində neftçıxarmanın müxtəlif texnoloji pro- seslərinin effektivliliyinin artırılması üzrə analiz və qərarların qəbulu metodlarını inkişaf etdir- miş, neft-qaz yataqlarında neft-qazçıxarmanın müxtəlif proseslərinin proqnozlaşdırılması və effektiv idarə edilməsinin iqtisadi-riyazi modelləri- ni təkmilləşdirmiş, yeni modellərini yaratmışdır. Akademik M.Abasov dayanıqsızlıq konsepsi- yası və qeyri-klassik xəttiləşdirilmiş yaxınlaş- ma əsasında litosferin struktur inkişafının yeni modelinin qurulması istiqamətində mühüm işlər görmüş, Azərbaycanda bir neçə karbohidrogen yatağının kəşf olunması, eləcə də bir çox iri neft və qaz yataqları ehtiyatlarının hesablanması və işlənilməsi layihələrinin hazırlanmasına rəhbər- lik etmişdir.
Dərin Neft-Qaz Yataqları Problemləri İnstitu- tunun direktoru vəzifəsində çalışarkən, Midhəd Abasov neft geologiyası ilə əlaqəli olan bütün geoloji bölmələri yaratmağa nail olmuş, geolo- ji elmi “ordu” yarada bilmişdir. Elmi əsərlərini araşdırarkən akademik M.Abasovun bu geoloji sahələrin hamısında şəxsi iştirakının şahidi ola bilərik. Onun L.Buryakovski, R.Cavanşir, G.Sul- tanov, E.Madera, B.Bağırov, A.Əhmədov və baş- qaları ilə birlikdə geologiyanın ayrı-ayrı sahələri- nə dair samballı elmi əsərləri və məqalələri var. Midhəd müəllimin səyi ilə bu institut Azərbaycan neft sənayesi, Azərbaycan neft geologiyası ilə yanaşı, Tümen, Orenburq, Moskva, Qroznı, Ufa, Mərkəzi Asiya neft idarələri və elmi-tədqiqat ins- titutları ilə bir çox sahələrlə yanaşı, neft geologi- yası sahəsində də əməkdaşlıq edirdi.
Midhəd müəllimin həm də yüksək ixtisaslı mü- təxəssislərin hazırlanmasında əvəzsiz xidmətləri olmuşdur. Onun bilavasitə rəhbərliyi altında on- larla alim və mütəxəssis yetişdirilmişdir. Bu gün həmin mütəxəssislərin sorağı ölkəmizin, eləcə də dünyanın qabaqcıl elm, sənaye və təhsil mü- əssisələrindən gəlir.
Azərbaycan neft sənayesində və eləcə də neft geologiyası sahəsində təkrarsız xidmətləri olan M.Abasov nəhəng alim, elm və təhsil sahəsində, ölkəmizin ictimai həyatında dərin iz buraxan bö- yük ziyalılarımızdan olmuşdur.
Mənbə: Yer və İnsan jurnalı. Nömrə 1 (1) 2013

