GEOLOGİYA-DÜNYANI DƏRK EDƏRƏK AĞILLI YAŞAMAQDIR

İsrafil Məmmədov “NORM” MMC-nin baş geoloqu

 
Geologiya-təbiətin açarıdır, sirrlərlə dolu dünyanın qatlarına uyğun açar tapıldıqca, qosqoca dünyamızın müdrikliyini dərk etdikcə, zənginliyinə baş vurduqca onun möhtəşəmliyi, bütün əzəməti daha böyük görünür. Lakin bu möhtə-şəmlik, bu əzəmət yalnız ağıllı insanların elmi, zəkası ilə üzə çıxır.

Həyatda hər şey müqayisədə qavranılır, insan əşyanı, onun gücünü, istifadə sahəsini dəyərləndirməli, verə biləcəyi xeyiri təyin etməlidir. Krılovun “Meymun və çeşmək” təmsili əqli olmayan məxluqların nemətlərdən yararlana bilməməyinin bariz nümunəsidir.

Yerin yaşının təxminən 8 milyard il olduğu, insan yaranışının isə təxminən 40 milyon il əvvələ təsadüf etdiyi bildirilir. Ötən illər ərzində çox sular axmış, həyat öz təbii axarı ilə davam etmiş, planetimiz təbii müdaxilələrdən başqa heç bir kənar təsirə məruz qalmamış, ana təbiət yaranışından özünəməxsus bakirəliyini qoruyaraq saxlamışdır. Belə demək mümkünsə, bu baki- rəlik dövrü insan yaranana qədər davam etmişdir. Lakin həyat inkişaf deməkdir, hər şeyin gözəlliyi inkişafda, tərəqqidədir. Anamız YER dərinliklərində və səthində saysız-hesabsız nemətlər yaratmışdır və bu nemətləri biz əziz balaları üçün yetişdirmiş, qoynunda saxlamışdır. Onlardan ağıllı və səmərəli istifadə bizim mü- qəddəs borcumuzdur.

İnsan yaranandan etibarən kamillik zirvəsinə ucalana qədər ibtidai üsullardan yararlanmaq- la anamızın bəxş etdiyi sərvətlər hesabına ya- şamış, daha faydalı üsullardan istifadə etməklə özündən əvvəlkilərin əməllərini daha da püx- tələşdirmiş, sonrakı nəsillərə gözəl ənənələr ötürmüşdür. Sonralar bu ənənəvi üsullar elmiləşdirilmiş, zəngin elmi irs yaradılmış, kitablara köçürülmüş, müxtəlif elmi istiqamətlər yaran- mışdır. Bu aparıcı elmi istiqamətlərdən biri də Geologiyadır.

Geologiya yunan sözü olub yer haqqında elm deməkdir, yerin quruluşunu, tərkibini, inkişaf qanunauyğunluqlarını, Günəş sisteminin  digər planetlərini, onların təbii peyklərini öyrənir. Dünyada baş verən fəlakətlərin çox hissəsi tə- bii fəlakətlərdir, onların qarşısının alınması demək olar ki, qeyri-mümkündür. Lakin onların baş vermə qanunauyğunluqlarının araşdırılaraq öyrənilməsi proseslərə qarşı əhalinin xəbərdar edilməsi həyati əhəmiyyətli məsələdir və geo- logiya elminin qarşısında duran ən mühüm məsələdir. Xoşbəxtlikdən bu elmin yaranmasında Əl-Biruni, İbn-Sina, Shen Kio kimi mütəfəkkirlərlə yanaşı Azərbaycan alimi Nəsrəddin Tusinin də danılmaz xidməti vardır.

Geologiya hazırda çoxşaxəli elm sahəsidir.  Yer qabığını (mineralogiya, petroqrafiya və s), müasir geoloji prosesləri (tektonika, seysmo- logiya, vulkanologiya və s), tətbiqi geologiya (faydalı qazıntılar, hidrogeologiya, mühəndisi geologiya, tarixi geologiya, stratiqrafiya, pa- leontologiya) ardıcıllıqla və kompleks şəkildə öyrənərək Yer planetini dərindən dərk etməyə, yer qabığında mövcud olan təbii səvətlərdən mükəmməl istifadə etməyə xidmət edir.

Geoloq ömrü gözlənilməz hadisələrlə zəngin, saf təbiətlə daim isti təmasda olan insan deməkdir. İllər keçdikcə, fəsillər dolaşdıqca ana təbiətin saflığı, eyni zamanda təlatümü, qay- narlığı geoloqun canına hopur, xasiyyətini gö- zəlləşdirir. Təbiətlə təmas geoloqu təəssüf ki, bir çox hallarda hətta ən yaxın insanların belə mükaliməsinin ayrılmaz hissəsinə çevrilmiş dedi-qodu, qeybət kimi cılız hisslərdən daha ucada durmağa sövq edir, onu müdrikləşdirir.

Geoloqu çobanla eyniləşdirirlər. Azərbaycan nağıllarında hətta şahlara belə ibrətamiz məsləhət verən, düz yola çağıran məhz çobanlardır. “Geoloq natural çobandır” - mənim ən çox xoşuma gələn ifadədir.

Ömrünün daha çox hissəsini ailədən ayrı dağlarda qar, qaynar günəş altında keçirən geoloq insanların ulu tanrıya bəslədiyi ülvi hissləri tanrıyla yanaşı ailəsinə, evinə bəsləyir, bəzən müqəddəsləşdirir, öz şəxsi həyatını insanlıq naminə xərcləyir.

Həyatını insanların, dövlətinin, xalqının rifahına sərf edən geoloq yaxşı  anlayır  ki, kəşf etdiyi hər cür xammal millətinin qüdrətlənməsinə xidmət edir. Ölkə sənayesinin tərəqqisində geoloqların aşkarladığı xammalların əvəzolunmaz, misilsiz rolu vardır. Eyni zamanda son vaxtlar daha tez-tez baş verən təbii fə- lakətlər geoloqu ən çox narahat edən məsələlərdir.

Təbiətlə vuruşmaq, onun qanunlarına qarşı çıxmaq cahillərin, nadanların elmsizlərin işidir. Böyük cahangirlər təbiətlə savaşdan daim məğlub ayrılmışlar, zira yaradana qarşı çıxmaq özü vəhşilik nümunəsidir.

Ulu Tanrı nemətləri İnsan üçün yaratmışdır, insanı bu nemətlərdən yararlanmaq üçün ağıl sahibi etmişdir. Geoloqların min bir əziyyətlə kəşf etdiyi sərvətlərdən tərəqqi və rifah üçün istifadə etmək dövlətin ümdə vəzifəsidir. Əks halda bu düzəldilməsi mümkün olmayan fəlakət gətirər.

Azərbaycan torpağı uca tanrının qüdrətindən və böyük sevgisindən yarandığından tükənməz yeraltı və yerüstü sərvətləri hələ uzun zaman millətimizə səadət, rifah gətirəcəkdir. Bu yolda həyatını sərf edən geoloqlara uğurlar diləyirik.

Mənbə: Yer və İnsan jurnalı. Nömrə 1 (1) 2013