Azərbaycanda dağ-mədən işlərinin ekoloji vəziyyətə təsiri
Eyzangül Qənbərova, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət İnformasiya- Arxiv Fondunun şöbə rəisi
Hər bir dövlətin mineral xam- mal ehtiyatı təbii sərvətlərin zəruri tərkib hissəsi olmaq- la, onun iqtisadi, sosial-siyasi və müdafiə müstəqilliyini mü- əyyən edir. Bununla əlaqədar Azərbaycan Respublikasının xalq təsərrüfatının tam iqtisadi və siyasi suverenlik şəraitində mineral xammal ehtiyatları ilə təmin edilməsinə respublika- nın milli siyasəti səviyyəsində baxılmaqdadır.
Təbiidir ki, mineral xammal ehtiyatının artırılması üçün respublikanın müxtəlif geoloji strukturlarında ilbəil müvafiq qaydada geoloji öyrənilmənin müxtəlif istiqamətlərində işlər həyata keçirilir. Bu işlərin hə- yata keçirilməsi nə qədər va- cibdirsə, bizi əhatə edən tə- biətdə bu proseslər zamanı ekoloji mühitin tamlığını təmin etmək də bir o qədər əhəmiyyətlidir. Respublika ərazisin- də aparılan geoloji-kəşfiyyat və istismar işlərinin təsirindən geoekoloji mühitdə baş ve- rən dəyişiklikləri qiymətlən- dirmək və proqnozlaşdırmaq məqsədilə aparılan geoeko- loji tədqiqatlar xüsusi diqqət mərkəzindədir. Təsadüfi de- yildir ki, 2010-cu il Respubli- kanın Prezidenti cənab İlham Əliyev tərəfindən Ekologiya İli elan edilmişdir. Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlar- dan səmərəli istifadə olunma- sı Azərbaycan Respublikasının Konstitusiyasında da təsbit edilmişdir. “Təbiəti mühafizə və təbiətdən istifadə haqqın- da” Azərbaycan Respublikası Qanununun birinci maddəsin- də təbiəti mühafizə obyektləri kimi “bir-biri ilə qarşılıqlı əla- qədə olan təbiət komponentlə- ri – torpaq, yeraltı və yerüstü sular, atmosfer havası, yerin təki, bitkilər və heyvanlar alə- mi, onları birləşdirən ekoloji sistemlər və komplekslər” gös- tərilmişdir. Ətraf mühitin tərkib hissəsi olan torpaq, hava, su, mineral sərvətlər, bitki və hey- vanlar aləmi antropogen təsir- lərlə kəmiyyətcə və keyfiyyət- cə dəyişilməyə məruz qalır ki, bu da çox vaxt ətraf mühitə neqativ təsir göstərir. Ona gö- rə də təbiətdən istifadənin sə- mərəli, optimal, planauyğun və kortəbiiliyə yol vermədən həyata keçirilməsinin vacibliyi indi bütün dünyada və hamı tərəfindən qəbul edilmişdir.
Faydalı qazıntı yataqlarının istismarı adətən yeraltı dağ qazımalarının (şaxta, mağara və s.) keçirilməsi, filizsaflaşdırıcı kombinatın və müxtəlif tə- yinatlı yeraltı və yerüstü texniki qurğuların tikilməsi, müxtə- lif anbar və saxlama yerlərinin (texnogen törəmələr üçün) ti- kilməsi, yaşayış və məişət ob- yektlərinin salınması və s. kimi işlərin yerinə yetirilməsi ilə hə- yata keçirilir. Bütün bu işlərdə, sözsüz ki, ətraf mühitin müha- fizəsi gözlənilməlidir.
Faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı zamanı hər il ümumi həcmi on min kub metrlərlə ölçülən dağ qazıma- ları keçirilir, buruq quyularının qazılması üçün dağ yamaclarında ümumi həcmi yüz min kub metrlərlə ölçülən yollar çəkilir və meydançalar salınır. Bu işlər yerinə yetirilərkən söz- süz ki, ətraf mühitə ciddi ziyandəyir. Geoloji kəşfiyyat işləri başa çatdıqdan sonra keçilmiş dağ qazımalarının və çəkil- miş yolların bərpa edilməmə- si nəticəsində ərazidə erroziya prosesləri güclənir, yamacların yuyulması və yarğanların əmələ gəlməsi nəticəsində bit- ki örtüyü sıradan çıxır.
Keçən əsrin əvvəllərindən başlayaraq, Abşeron yarımadası və Qobustan ərazisində əhəngdaşı yataqları intensiv istismar olunur. Hal-hazırda qeyd olunan ərazidə onlarla karxana fəaliyyət göstərir. Plansız və kortəbii istismar işləri nəticəsində milyon kub metrlərlə örtük süxurlar və faydalı qazıntı tullantıları ətraf mühitə ciddi ziyan vurmuşdur. Tikinti materialları yataqlarının istismarı ilə əlaqədar təkcə Ab- şeron yarımadası və Qobustan ərazisində on min hektarlarla qış otlaq sahələri yararsız hala düşmüşdür. Faydalı qazıntıla- rın çıxarılması və emalı hava- da oksigen və karbon qazının nisbətini tənzim edən çəmən və meşə sahələrinin azalması- na səbəb olur. Faydalı qazıntı- lar emal edildikdən sonra əldə edilmiş sənaye tullantılarının (şlak, kül və s.) ətraf ərazilə- rə tökülməsi nəticəsində min hektarlarla ərazi sıradan çıxır. İstehsalat tullantıları bitki ör- tüyünü məhv etməklə bərabər ətraf mühitə zərərli birləşmə- lər daxil edir, havanı, suyu və torpağı zəhərləyir. Çayların çirklənmiş suları dənizə tökü- lərkən heyvanlar aləmini zəhərləyir.
Ətraf mühitin çirkləndiricilə- ri sırasında ağır metallar mü- hüm yer tutur. Kiçik Qafqazda və Böyük Qafqazın cənub ya- maclarında aşkar edilmiş filiz yataqlarında əsas və yanaşı faydalı komponentlər əsasən yüksək toksiklik xüsusiyyəti- nə malik olan ağır metallardan ibarətdir. Belə yataqların yer- ləşdiyi ərazilərdə adətən ət- raf mühitin bu yataqları təşkil edən ağır metallarla çirklən- məsi baş verir. Odur ki, belə ərazilərdə ekoloji vəziyyətin öyrənilməsində torpaqların, suların, bitkilərin ağır metal- larla çirklənməsi üzrə ekoloji- geokimyəvi tədqiqatların apa- rılması başlıca istiqamət sayıl- malıdır.
Bütün bunlar onu göstərir ki,
mineral xammal sərvətlərinin mənimsənilməsinin ətraf mü- hitin ekoloji vəziyyətinə müm- kün təsirinin öyrənilməsi və qiymətləndirilməsi üzrə məx- susi geoekoloji tədqiqat işləri- nin aparılması məqsədəuyğun və zəruridir.
İndiki və gələcək nəsillərin xeyrinə olaraq, torpağın, yer təkinin, su ehtiyatlarının, bit- ki və heyvanat aləminin mü- hafizəsi, onlardan elmi cəhət- dən əsaslandırılmış qaydada səmərəli istifadə olunması, havanın və suyun təmizliyi- nin qorunması, təbii sərvətlə- rin bərpasının təmin edilməsi və insanı əhatə edən mühitin yaxşılaşdırılması istiqamətində lazımi tədbirlər görülməlidir.
İdarə, təşkilat və müəssisə- lər tikinti işlərini planlaşdırar- kən, meliorasiya işləri aparar- kən, yeraltı sərvətləri istismar edərkən, meşə sahələrində meşəsalma və qırma işləri ye- rinə yetirərkən təbii ehtiyatla- rın balansının və tarazılığının pozulmasına mümkün ola bilə- cək təsirləri nəzərə almalıdır- lar.
Faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı mərhələ- sində keçirilmiş dağ qazımaları və çəkilmiş yollar çöl işləri ba- şa çatdıqdan sonra ətraf mühi- tin mühafizəsi tədbirlərinə uy- ğun olaraq rekultivasiya olun- malı və mədəni torpaq – bitki qatı bərpa edilməlidir.
İstismar işləri aparılan kar- xanalarda ətraf mühitin qo- runması istiqamətində ciddi tədbirlər görülməli və istismar işləri başa çatdıqdan sonra karxanaların yeri rekultivasi- ya edilməli və imkan daxilində bitki örtüyü bərpa olunmalıdır. Təbiətin qorunması, onun sər- vətlərindən istifadə olunma- sı və onların yenidən istehsalı istiqamətində bioloji biliklərin təbliği və mənimsənilməsi təş- kil olunmalıdır.
İstismar işləri aparılan yataq- larda müasir texnika və texno- logiyaların tətbiqi ilə ətraf mü- hitə dəyən zərərin minimuma endirilməsi istiqamətində tədbirlər görülməlidir.
Mənbə: Yer və İnsan jurnalı. Nömrə 1 (1) 2013

