Yaponiya və ABŞ ticarət razılaşması ilə bağlı danışıqları davam etdirəcək

Yaponiya və ABŞ-ın rəsmi nümayəndələri ticarət razılaşması ilə bağlı irəliləyişə nail olmaq üçün bu gün Vaşinqtonda görüşəcəklər.

Kənd təsərrüfatı məhsulları və avtomobillərlə bağlı tariflər barədə fikir ayrılıqları gündəlikdə duran əsas məsələlərdir.

İyunun 10-da başlayacaq işçi müzakirələrdə Yaponiyanın Kənd Təsərrüfatı və Sənaye nazirliklərinin nümayəndələri iştirak edəcəklər.

Yaponiya ABŞ-ın avtomobil və digər məhsullarla əlaqədar tarifləri endirməsinə çalışır. Vaşinqton isə Yaponiyanın kənd təsərrüfatı rüsumlarını endirməsini istəyir.

Bununla yanaşı, Yaponiya öz bazarlarını ABŞ-ın çıxdığı Trans-Sakit okean Tərəfdaşlığı (TPP) və ya azad ticarət barədə razılaşmada nəzərdə tutulduğundan artıq açmaq istəmir.

İşçi müzakirələrdən sonra iyunun 13-də Vaşinqtonda danışıqlar daha yüksək səviyyədə davam etdiriləcək. Həmin danışıqlarda Yaponiyanın iqtisadi bərpa naziri Toşimitsu Moteqi və ABŞ-ın ticarət nümayəndəsi Robert Laythayzer iştirak edəcəklər. Onların ticari müzakirələri yekunlaşdırmaq üçün cədvəli təsdiq edəcəkləri gözlənilir.

 

Vüqar Ağayev