Daşkənddə standartlaşdırma üzrə beynəlxalq seminar-treninq keçirilib

Daşkənddə “Standartlaşdırma üzrə Beynəlxalq Agentliyin (SBA) üzvü olan Mərkəzi Asiya və Şərqi Avropa ölkələrində standartların yayılması və əlaqələrin yaradılması” mövzusunda beynəlxalq seminar-treninq keçirilib.

 “Uzstandart” Agentliyi ilə SBA tərəfindən birgə təşkil olunan tədbirdə Azərbaycan, Albaniya, Qazaxıstan, Qırğızıstan, Bosniya və Herseqovina, Belarus, Moldova, Gürcüstan, Çernoqoriya, Serbiya və digər ölkələrin əlaqədar qurumlarının nümayəndələri iştirak ediblər.

“Uzstanndart”ın nəzdindəki Standartlaşdırma üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru Qayrat Qaziev Özbəkistanda sözügedən sahədə həyata keçirilən layihələr haqqında məlumat verib.

Tədbirdə aktiv və passiv satışlar, tədris müəssisələri üçün SBA-nın nəşrlərinin təqdimatı, bu nəşrlərin müxtəlif dillərə tərcümə edilməsi, müəllif hüquqlarının qorunması və digər məsələlər müzakirə olunub. Bildirilib ki, belə tədbirlərin keçirilməsi yeni biliklər qazanmağa, mütəxəssislərin təkmilləşməsinə, informasiya mübadiləsinə, yeni tərəfdaşlarla əlaqələrin yaradılmasına kömək edir.

 

Qulu Kəngərli