ABŞ Prezidenti Milli Kəşfiyyat İdarəsinə rəhbərlik edəcək şəxsin adını açıqlayıb

ABŞ Milli Kəşfiyyat İdarəsi direktorunun səlahiyyətlərini Milli Antiterror Mərkəzinin rəhbəri Cozef Maquayr icra edəcək.

Bu barədə ABŞ Prezidenti Donald Tramp “Twitter” səhifəsində yazıb. O, avqustun 15-dən Cozef Maquayrın Milli Kəşfiyyat İdarəsi direktorunun səlahiyyətlərini icra edəcəyini bildirib.

Xatırladaq ki, Milli Kəşfiyyat İdarəsinin hazırkı direktoru Daniel Kouts avqustun 15-də bu vəzifəni tərk edəcək.