Kremldə Böyük Vətən müharibəsi illərindən qalmış bomba tapılıb

Kremldə Böyük Vətən müharibəsi illərindən qalmış bomba tapılıb.

Bu barədə Kremlin komendantı, general-leytenant Sergey Xlebnikov məlumat verib. Bildirib ki, bomba Kremlin ərazisində torpağın möhkəmləndirilməsi ilə bağlı aparılan işlər zamanı aşkarlanıb. S.Xlebnikov əlavə edib ki, bomba tapılan ərazidə çar dövründə ərzaq anbarı yerləşib. Böyük Vətən müharibəsinin ilk illərində Kremlin ərazisi güclü qorunsa da bir neçə dəfə bombardmana məruz qalıb. Hazırda bomba zərərsizləşdirilib və ərazidən çıxarılıb.

Fəridə Abdullayeva