Ordu üçün toplanan vəsaitin məbləği açıqlandı

Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin miqdarı açıqlanıb.

 
Müdafiə Nazirliyindən verilən məlumata görə, cari il sentyabrın 1-dək fonda 102.500.283,98 AZN, 213.577,88 ABŞ dolları, 17.266,0 avro və 5000,0 rubl vəsait daxil olub

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentinin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli fərmanı ilə yaradılıb.