“Milli azlıqların şifahi mədəni irsinin öyrənilməsi və təbliği”

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə 25 sentyabr tarixində Sosial – Mədəni Dəyişikliklərin Öyrənilməsi İB-i İsmayıllı rayonu Heydər Əliyev Mərkəzində “Milli azlıqların şifahi mədəni irsinin öyrənilməsi və təbliği” mövzusunda tədbir keçirmişdir.

     50 nəfərə yaxın iştirakçının qatıldığı tədbiri  giriş sözü ilə açan Rayon İcra hakimiyyətinin ictimai-siyasi məsələlər üzrə şöbə müdirinin müavini Murad Məhərrəmov  vətəndaş cəmiyyəti təsisatlarının bu kimi tədbirləri keçirməsinin əhəmiyyətindən danışdı.  Layihə rəhbəri Hüseyn İbrahimov Azərbaycanda yaşayan ayrı-ayrı xalqların maddi-mədəni irsinə diqqət və qayğıdan ,  həmçinin, ölkəmizdə və dünyada aparılan Azərbaycanın uğurlu multikulturalizm siyasəti modelinin milli azlıqların maddi-mədəni irsinin qorunması və dünyada tanıdılması istiqamətində mühüm  rolu haqqında çıxış etdi. Seminarda Lahıc Qəsəbə tam orta məktəbinin müəllimi F. ü.f.doktoru Dadaş Əliyev -“Lahıc şifahi maddi-mədəni irsi – dünəndən bu günə”,  Nikitin adına Kolxozun Müşahidə Şurasının sədr müavini  Olqa Jabina -     “İvanovka şifahi mədəni irs nümunələri haqqında”,  RİH-nin  Basqal qəsəbə üzrə nümayəndəsi Novruz Əsədov- -  “Basqalın sifahi və maddi irs nümunələri”,  şair publisist, “İsmayıllı Xəbərləri” qəzetinin baş redaktoru Prezident təqaüdçüsü Şahməmməd Soltanov “İsmayıllıda yaşayan ayrı-ayrı xalqların  atalar sözləri və zərb-məsəllərinin izahı “ mövzularında çıxışlar etmişlər.

      Seminarda sözügedən layihənin  istiqamətinə müvafiq olaraq məruzə mətnlərinin nəşr ediləcək kitaba əlavə edilməsi də qərara alınmışdır. Tarix müəllimi, İsmayıllı rayonunun tanınmış ziyalısı  Mövlud Əliyev daha yaşlı nəsildən əldə etdiyi və topladığı şifahi mədəni irs nümunələri haqqında layihə təşkilatçıları  və tədbir iştirakçılarını məlumatlandırmışdır.