Azərbaycan, Gürcüstan, Türkiyə XİN rəhbərlərinin görüşünün vaxtı açıqlandı

Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin Tbilisidəki görüşü oktyabrda baş tutacaq. 

Bununla bağlı Gürcüstan Xarici İşlər Nazirliyi David Zalkaliani və Elmar Məmmədyarov arasında Nyu-Yorkda baş tutan görüşdən sonra məlumat yayıb. 


Xatırladaq ki, nazirlər arasında ilk üçtərəfli görüş 2012-ci ildə Trabzonda keçirilib. Son görüş isə oktyabrın 29-da İstanbulda baş tutub. 

Bu görüş nazirlər arasında keçiriləcək səkkizinci üçtərəfli görüş olacaq.