Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Sentyabrın 30-da Amerika fond bazarında Dow Jones indeksi 0,36% – 26 916,83 bəndədək, S&P 500 0,50% – 2 976,74 bəndədək, Nasdaq isə 0,75% – 7 999,34 bəndədək yüksəlib.

 Avropa fond bazarlarında sentyabrın 30-da FTSE 100 indeksi 0,24% – 7 408,21 bəndədək enib, Almaniya DAX-ı 0,38% – 12 428,08 bəndədək, Fransa CAC-40 isə 0,66% – 5 677,79 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,69% azalaraq 1 480,1 dollara bərabər olub.

 
Sentyabrın 30-da dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 0,39% azalaraq 1,090 dollar təşkil edib.