Rusiyalı nazir: Bu il qlobal neft tələbatı geriləyəcək

Cari ildə qlobal neft tələbatı azalacaq.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər ki, bu sözləri Rusiyanın Energetika naziri Aleksandr Novak deyib.

“Qlobal iqtisadiyyatın yavaşlaması səbəbindən neftə tələbat azalır. Qlobal neft tələbatı bu il 2018-ci ilə nisbətən gündəlik 500 min barrel geriləyəcək”, - deyə nazir bildirib.