YAP Nəsimi rayon təşkilatı 6 dildə dünyaya  səsləndi

Strategiya.az xəbər verir ki, dünən Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının təşəbbüsü ilə nəşr olunmuş və erməni yalanlarının daha geniş şəkildə ifşasını qarşısına məqsəd qoyan “Qarabağ Azərbaycandır!” kitabının təqdimatı keçirilib. Kitab Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatının əsasında  hazırlanıb. Kitab altı dildə nəşr edilib və cənab prezidentin çıxışının videosu youtube kanalına yerləşdirmək məqsədilə 6 dildə titrlərlə hazırlanıb.

 Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı saytımıza açıqlamasında bildirib ki, bu kitabın və videonun 6 dildə hazırlanmasında məqsəd cənab Prezident İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunda səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatının Azərbaycanın haqq işi olduğunu,  xalqımızın bu haqq işindən geri çəkilməyəcəyini və bu yolda dünya azərbaycanlılarını cənab prezidentimizin ətrafında daha sıx birləşməsinə nail olmaqdır.