2020-ci ildən Azərbaycanda müəllimlərin mərhələli şəkildə sertifikasiyasına başlanılacaq

2020-ci ildən Azərbaycanda müəllimlərin mərhələli şəkildə sertifikasiyası məsələsinə başlanılacaq.

Trend -in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.

Nazir bildirib ki, "Təhsil haqqında" qanunda məktəblərdə fəaliyyət göstərən müəllimlərin sertifikasiyasının 5 ildən bir keçirilməsi nəzərdə tutulub:

"Sertifikasiya prosesinə başlanılması üçün hökumət tərəfindən sertifikasiyanın hansı prinsip və ardıcılıqla keçirilməsini, qiymətləndirilmənin aparılmasını və digər məsələləri özündə əks etdirən sənəd təsdiq edilməlidir. Yalnız bundan sonra müəllimlərin sertifikasiyası keçirilə bilər".