Böyük Britaniya və Aİ arasında “Brexit” üzrə yeni razılaşma əldə olunub

Böyük Britaniya və Avropa İttifaqı (Aİ) arasında “Brexit” üzrə yeni razılaşma əldə olunub. 

Bu barədə Böyük Britaniyanın Baş Naziri Boris Conson “Twitter”də bildirib.  

Hazırda tərəflər razılaşmanın qanuni mətni üzərində çalışırlar.

 
Ancaq razılaşma həm Böyük Britaniya, həm də Avropa parlamenti tərəfindən təsdiq olunmalıdır. 

Avropa Komissiyasının Prezidenti Jan-Klod Yunker Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi üzrə razılaşmanın əldə edildiyini təsdiqləyib.

O  “Twitter”də qeyd edib ki, Aİ və Böyük Britaniya arasında ədalətli və balanslı bir razılaşma əldə edilib.apa