Vilayət Eyvazovdan yeni - TƏYİNAT

Gəncə şəhər Nizami Rayon Polis İdarəsinə yeni təyinat olub.

Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

 
Əmrə əsasən, polkovnik-leytenant İrza Nağıyev İdarənin xidmət üzrə rəis müavini təyin olunub.

Qeyd edək ki, bu vəzifəni ötən il vəfat edən polis polkovnik-leytenantı Səməd Abbasov icra edib.