“Azərkosmos” bu il 24 ölkəyə 30,2 milyon dollarlıq xidmət ixrac edib

Yanvar-sentyabr aylarında “Azərkosmos” ASC tərəfindən 24 ölkəyə 30,2 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac olunub.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın oktyabr sayında bildirilir.

Qeyd olunur ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 88 faizini təşkil edib.

Bu ilin sentyabr ayında isə ASC 20 ölkəyə 2,2 milyon dollarlıq xidmət ixrac edib. “Azərkosmos”un cari ilin yanvar- sentyabr aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Fransa, Birləşmiş Krallıq, Malayziya və Birləşmiş Ərəb Əmirlikləri olub.