İrkutskda təbii fəlakət: 26 nəfər həlak oldu

Rusiyanın İrkutsk vilayətində daşqından sonra itkin düşənlərdən birinin meyiti tapılıb, beləliklə də qurbanların sayı 26 nəfərə çatıb.

Bu barədə TASS regional prokurorluğunun nümayəndəsi Anna Mineyevaya istinadən məlumat yayıb.

"İtkin düşənlərdən birinin öldüyü məlum olub. Beləliklə, ölənlərin sayı 25-dən 26-ya yüksəlib”, – deyə o bildirib.

Prokurorluğun məlumatına görə, daha dörd nəfərin itkin düşdüyü bildirilir.

Bundan öncə Rusiya Prezidenti Vladimir Putin İrkutsk vilayətində və Uzaq Şərqdə daşqınların yaratdığı fəsadlar aradan qaldırıldıqdan sonra mütləq onların nəticələrini yoxlayacağını demişdi./teleqraf