Ukraynalı ekspert efirdə amerikalını “nokauta saldı” - VİDEO

Rusiyanın “Kto protiv” (“Kim qarşıdır”) siyasi şousunun ekspertləri Vasil Vakarov və Qreq Vayner efirdə dava edib. 

Qarşıdurmanın  videosunu rusiyalı jurnalist, teleaparıcı Vladimir Solovyov özünün “Twitter” səhifəsində dərc edib.

“Vasili Qreqi nokauta göndərib”, - deyə o, videonu şərh edib.

Ukraynalı və amerikalı ekspertlər arasında qarşıdurma digər dövlətlərin Kiyev hökumətinə təsirinin müzakirəsi zamanı baş verib. Vakarovun sözlərinə görə, heç bir dövlət ABŞ qədər Ukraynaya zərər verməyib. 

Bu zaman Vayner onun sözlərini kəsməyi başlayır, bu isə ukraynalı eksperti özündən çıxarır. Vakarov jurnalistin üzərinə su atdıqdan sonra onu itələyərək yıxır. 

Canlı yayım dərhal reklam fasiləsinə ayrılır. Veriliş yenidən bərpa olunduqda isə artıq hər iki ekspert studiyadan çıxarılmış olur.