Nazirlik zəhərlənən tələbələrin vəziyyəti ilə bağlı məlumat yaydı

Dünən Bakı Dövlət Universitetinin yataqxanasında zəhərlənən tələbələrin vəziyyəti barədə yeni məlumat yayılıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, zəhərlənən tələbələrin vəziyyətində heç bir dəyişiklik yoxdur.

 
Onların vəziyyəti ağır stabil kimi qiymətləndirilir.

Xatırladaq ki, dünən Bakı Dövlət Universitetinin Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında zəhərlənmə nəticəsində universitetin Fizika fakültəsinin tələbəsi 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı ölüb, Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı və Kitabxanaçılıq və İnformasiya fakültəsinin dördüncü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızının isə müalicəsi 1 saylı Kliniki Tibbi Mərkəzdə davam etdirilir.