AMB depozit hərracında 100 mln. manat vəsait cəlb edib

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən keçirilmiş depozit hərracının nəticələri açıqlanıb.

AMB-dən verilən məlumata görə, dekabrın 2-də Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilən növbəti depozit hərracında tələb 655 mln. manat, hərracın nəticəsində bağlanılan depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,01% təşkil edib.

 
Nəticədə, hərrac zamanı AMB 100 mln. manat vəsait cəlb edib.