Azərbaycan vətəndaşlarının Rumıniyada təhsil alması üçün sənəd qəbuluna başlanılıb

Rumıniya Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşları üçün 2020/2021-ci tədris ili üzrə ali təhsilin müxtəlif səviyyələri üzrə təqaüd proqramı elan edib.

Təhsil Nazirliyindən verilən məlumata görə, təqaüd proqramları bakalavriat, magistratura, doktorantura üzrə memarlıq, incəsənət, Rumıniya mədəniyyəti və sivilizasiyası, jurnalistika, siyasi və idarəetmə elmləri, təhsil, sosial və humanitar elmlər, neft-qaz, kənd təsərrüfatı və texnologiya elmləri, baytarlıq ixtisasları üzrə elan edilib.

Proqramda iştirak üçün son sənəd qəbulu tarixi 07.02.2020-ci ildir. Müsabiqədə iştirak etmək istəyən Azərbaycan vətəndaşları tələb olunan sənədləri Rumıniyanın Azərbaycandakı Səfirliyinə təqdim etməlidirlər.


Namizədlərin seçimi Rumıniyanın aidiyyəti nazirliyi tərəfindən həyata keçirilir.