İctimai nəqliyyatda koronavirusun profilaktikasına dair METODİKİ GÖSTƏRİŞLƏR

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) ictimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər siyahısını tərtib edib.

 

TƏBİB-in məlumatında qeyd edilir: "İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair METODİKİ GÖSTƏRİŞLƏR" əsasında daşıyıcı şirkətlər, sürücülər və sərnişinlər üçün hazırladığımız QAYDALARI nəzərinizə çatdırırıq. Bu qaydalara riayət etməklə, məsuliyyətli vətəndaş olaraq özünüzü və ətrafdakıları COVID-19 infeksiyasından qoruya bilərsiniz".