Azərbaycanda faktiki hava şəraiti açıqlanıb

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, iyulun 12-si səhərədək ölkə ərazisində bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə intensiv olub.

Xidmətdən  bildiriblər ki, düşən yağışın miqdarı Kişçayda (Şəki ) 51, Şəmkirdə 30, Sarıbaşda (Qax) 24, Mingəçevirdə 18, Zərdabda 12, Gəncədə 11, Daşkəsəndə 8, Tovuzda 7, Şəkidə 6, Şamaxıda 5, Ceyrançöl, Göy-göl, Zaqatala, Yevlax, Qazımməmməd, Lerikdə 4, Tərtər, Bərdə, Naftalan, Mərəzə, Qubada 3, Qrız, Ağstafa, Ordubad, Göyçay, Sabirabadda 2, Kürdəmir, Xınalıq, Şahdağ, Gədəbəy, Qəbələ, Qusar, Xaltan, Bakıda 1 millimetr olub.

İyulun 11-i saat 18:20-19:47 radələrində Daşkəsən rayonu ərazisində yerləşən Dəstəfurçayın Qaraqollar və Əyriçayın Başdaşağıl məntəqələrindən leysan yağış nəticəsində sel keçib.

Havanın temperaturu iqlim normasını 1° ötüb. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29-32°, Aran rayonlarında 31-36° isti, dağlıq rayonlarda 16-19°, Naxçıvan Muxtar Respublikasında 30-34° isti olub.