Bakıda yol buz bağladı, hər iki istiqamətdə zəncirvari qəza oldu 

Bakının əsas magistral yolunda yol qəzası olub.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumatda bildirilir ki, Zığ-Hava limanı yolunda yolun hər iki istiqamətində zəncirvari qəza baş verib. Məlumat üçün bildirək gecə saatlarından qeyd olunan yolda buz bağlama ehtimalını nəzərə alaraq sürət həddi 60 km/saata qədər endirilib.

Hazırda bəzi istiqamətlərdə yolun buz bağlamasını nəzərə alaraq bir daha sürücülərdən ehtiyyatlı olmalarını və meteroloji amilləri nəzərə alaraq sürət həddinə əməl etmələrini xahiş edirik.