Qubadlıda postlar qurulub, təhlükəsizliyə nəzarət edilir - DİN

Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatları nəticəsində işğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri gücləndirilir.

DIN-in Mətbuat Xidmətinin regional qrupundan Trend-ə verilən məlumata görə, Qubadlı rayonunun ərazisində Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları xidməti fəaliyyətini davam etdirir.

 
Rayon ərazisində postlar qurulub, təhlükəsizliyə tam olaraq nəzarət edilir.