Pensiya kartlarından onlayn pul oğurlayan şəxs saxlanılıb

Pensiya kartından onlayn yolla pul oğurlayan şəxs Qubada saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan  verilən məlumata görə, bir nəfər şəxs Quba Rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus pensiya kartından elektron məlumat daşıyıcılarından istifadə etməklə pul oğurlandığını bildirib.

Quba RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbriləri nəticəsində oğurluğu edən şəxsin Sumqayıt şəhər sakini Teymur Məmmədov olduğu müəyyən edilib və o saxlanılıb. Saxlanılan şəxs etdiyi əməli etiraf edib. Hmin şəxs barəsində polisin nəzarəti altına vermək qismində qətimkan tədbiri seçilib.