"Brent" neftinin qiyməti 120 dolları ötüb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2022-ci ilin avqust müqaviləsinin dəyəri 0,47% artaraq 1 barelə görə, 120,28 dollar təşkil edib.

 Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyulunda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0, 45% artaraq 119,39 dollar təşkil edib.