Noyabrda Bakıda növbəti İnvestisiya Sammiti keçiriləcək

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) prezidenti Taha Ayhan ilə görüşüb.

KOBİA-dan bildirilib ki, görüşdə agentlik və təşkilat arasında əməkdaşlığın inkişafından və birgə tədbirlərin təşkilindən məmnunluq ifadə edilib, əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində, həmçinin KOBİA və İCYF arasında bu ilin noyabrında Bakıda növbəti İnvestisiya Sammitinin keçirilməsinə dair əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.