Azərbaycanda 7 faydalı qazıntı yatağı hərraca çıxarılır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən avqustun 3-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən verilən məlumata görə, əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında saat 11:00-da keçiriləcək hərracda 1 lot üzrə Xızı rayonu “Şurabad” qum, 5 lot üzrə Qaradağ rayonu “Gülbaxt” əhəngdaşı, 5 lot üzrə Qaradağ rayonu “Vulkan” əhəngdaşı, 1 lot üzrə Qaradağ rayonu “Şahqaya” əhəngdaşı, 4 lot üzrə Qaradağ rayonu “Karvansaray” əhəngdaşı, 1 lot üzrə Daşkəsən rayonu “Bulaqlı” mərmərləşmiş əhəngdaşı və 1 lot üzrə Salyan rayonu “Babazənən 1” gil yataqları satışa çıxarılacaq.